11:44 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
1327 0 0

Bu dövr ərzində dövlət kitabxanalarında oxucu sayı azalsa da, kitab mağazalarında alıcı artımı müşahidə olunub.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Pandemiya bir çox sahələri iflic vəziyyətə salsa da, bəzi müsbət nəticələri də oldu demək mümkündür. Bunlardan biri də mütaliəyə, kitaba marağın artmasıdır. Sputnik Azərbaycan-ın bölgə müxbirinin Qazax rayonunda apardığı araşdırma da bunu deməyə əsas verir. Belə ki, araşdırma zamanı dövlət kitabxanalarında oxucuların azalmasına baxmayaraq, kitab mağazalarında artım müşahidə olunduğu nəzərə çarpıb. Qazax rayonunda yerləşən kitab mağazasının satıcısı Elşad Cəfərov pandemiya dövründə bədii kitab alıcılarının 30-40 faiz artdığını söyləyib. Onun bildirdiyinə görə, pandemiyanın ilk aylarında mağazaların fəaliyyət göstərməməsi, küçəyə çıxma qadağası müəyyən durğunluq yaratsa da, kitab oxuyan kütlə arasında artımın müşahidə olunduğunu bildirib:

© Sputnik / Ilham Mustafa
Qazax rayonunda yerləşən kitab mağazasının satıcısı Elşad Cəfərov

“Pandemiya dövrünün ilk aylarında müəyyən çətinliklər olsa da, sonradan alıcılara onlayn qaydada da xidmət göstərməyə başladıq. Nəticədə insanların evə qapanmasının onların mütaliəyə daha çox maraq göstərməsilə nəticələndiyini söyləyə bilərəm. Bu, kitab alıcılarının sayının artmasında da müşahidə olunmaqdadır”, - deyə o məlumat verib. Cəfərov pandemiya dövründə xaricdən sifarişlə gətirilən kitabların vaxtında çatdırılmasında çətinliklər olduğunu dilə gətirib.

Oxucuların ən çox üstünlük verdiyi bədii kitablara gəlincə isə, E.Cəfərov bunun yerli detektiv və türk müəlliflərin kitblarının olduğunu bildirib: “Rayonun paytaxtdan uzaqda olmasına baxmayaraq, yeni nəşrlər gətirib satışını həyata keçiririk. Alıcıların ən çox maraqlandığı psixoloji və motivasiyaedici kitablardır. Azərbaycan dilində satılan kitablar arasında ən çox bu qəbildən kitablar üstünlük təşkil edir. Eyni zamanda, yerli detektivlər də oxucuların maraq dairəsindədir. Xarici dildə olan kitablardan isə ən çox türk müəlliflərin kitabları tələb olunur. Digər dillərdə isə əvvəllər rus dilində olan kitablar üstünlük təşkil edirdisə, hazırda ingilis dilində oxumaq istəyən oxucuların sayında artım müşahidə olunur”, - deyə E.Cəfərov bildirib.

  • Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi
    © Sputnik / Ilham Mustafa
  • Qazaxda kitab mağazası
    © Sputnik / Ilham Mustafa
  • Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi
    © Sputnik / Ilham Mustafa
  • Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi
    © Sputnik / Ilham Mustafa
  • Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi
    © Sputnik / Ilham Mustafa
  • Qazaxda kitab mağazası
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Kitabların qiymətlərinə gəlincə isə, satıcı bütün sahələrdə olan artımın kitab satışında hiss olunmadığını söyləyib.

Kitab mağazasından fərqli olaraq dövlət kitabxanalarında azalma müşahidə olunub. Qazax rayon MKS-nin direktoru Solmaz Babanlı bunun pandemiya ilə əlaqədar oxu zallarının fəaliyyət göstərməməsi, eyni zamanda universitet və kolleclərdə əyani dərslərin olmaması ilə əlaqələndirib.

“Pandemiyadan qabaq oxucu zallarında daim oxucularımız olurdu. Hətta bizdə olmayan kitabları onlayn yükləyib istifadə edə bilirdilər. Hazırda pandemiya ilə əlaqədar oxu zallarının işləməməsi, universitet və kolleclərdə əyani dərslərin keçirilməməsi də kitabxana istifadəçilərinin sayına təsir gösərib”, - deyə S.Babanlı bildirib.

© Sputnik / Ilham Mustafa
Qazax rayon MKS-nin direktoru Solmaz Babanlı

Belə məlum olur ki, rayonda universitet və kollec fəaliyyət göstərdiyindən ən çox kitab alanlar, yaxud da kitabxananın xidmətlərindən yararlananlar da bu təhsil ocaqlarının tələbələridir.

Əsas mövzular