Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 19 aprel — Sputnik. "Keşlə qəsəbəsində azyaşlı qız mütəmadi olaraq həm anası, həm də atalığı tərəfindən şiddətə məruz qalır. İndi istəyirlər ki, işi ört-basdır eləsinlər. Yalandan deyirlər ki, heç bu uşağın şəkilləri deyil. Ana deyir ki, mən sadəcə olaraq bir şillə vurmuşam. Əslində isə yalandır, çünki uşağa qarşı mütəmadi olaraq zorakılıq olub".
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə deyib.
K.Ağazadə bildirir ki, faktla bağlı tədqiqat aparılıb və istintaq başlanılıb: "Öncə 37-ci polis bölməsinin bir təhqiqatçısı "belə bir şey yoxdur" deyib, faktı inkar edirdi. Lakin sonradan bu məlumatın olduğunu etiraf etdilər".
Hadisə ilə bağlı icra hakimiyyəti və Aİlə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırma başlanılıb.