Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Samuxda reyddə 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edildi

© Sputnik / Murad OrujovSərtləşdirilmiş xüsusi karantin rejimi
Sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan, 1920, 18.04.2021
Abunə olmaq
Reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

BAKI, 18 aprel - Sputnik. Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Reyd zamanı 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti
0