CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"YAŞAT" Fonduna Türkiyədən dəstək

© Photo : “YASHAT” Foundation“YAŞAT” Fondu
“YAŞAT” Fondu - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
Niyyət protokoluna əsasən, əməkdaşlıq çərçivəsində tərəflər arasında tibb, təhsil, sosial-mədəni tədbirlər sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Platforma vasitəsi ilə bir sıra istiqamətlərdə "YAŞAT" Fondunun fəaliyyətinə dəstək göstəriləcək.

BAKI, 16 aprel — Sputnik. "YAŞAT" Fondu, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platforması və "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolunun imzalanması mərasimi keçirilib. Bu barədə fonddan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Yaşat fondu - Sputnik Azərbaycan, 1920, 03.03.2021
CƏMİYYƏT
"YAŞAT" fondu nə qədər xərclədiyini açıqladı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçirilən tədbirdə sənədi "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, "Tək Millət, Tək Ürək" beynəlxalq-humanitar qardaşlıq platformasının həmtəsisçiləri, millət vəkili Ramil Həsən və "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin sədri Hüseyin Büyükfırat imzalayıblar.

Niyyət protokoluna əsasən, əməkdaşlıq çərçivəsində tərəflər arasında tibb, təhsil, sosial-mədəni tədbirlər sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Platforma vasitəsi ilə bir sıra istiqamətlərdə "YAŞAT" Fondunun fəaliyyətinə dəstək göstəriləcək:

- "YAŞAT" Fondu tərəfindən hazırlanan siyahı üzrə hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş 10 qazinin Türkiyə Respublikasındakı tibbi xərclərinin tam olaraq qarşılanmasına dəstək göstəriləcək;

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin təminatına dəstək olaraq Türkiyə Respublikasından ediləcək humanitar yardımlar "YAŞAT" Fondu ilə birgə həyata keçiriləcək;

- "YAŞAT" Fondu tərəfindən hazırlanan siyahı üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhidlərin övladlarının Türkiyədə ödənişsiz və ya güzəştli şərtlərlə təhsil almasına dəstək göstəriləcək;

- Təşkil olunacaq müxtəlif sosial-mədəni tədbir və layihələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin iştirakı təmin ediləcək.

Xəbər lenti
0