21:25 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
9 0 0

Hüseynli Hüseynin meyiti FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib

BAKI, 14 aprel — Sputnik. Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Nərimanov və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Sputnik Azərbaycan-ın FHN-ə istinadən xəbərinə görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 5 nəfərin liftdən çıxarılması təmin edilib.

9 aprel 2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri də artıq yekunlaşıb. Axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Əsas mövzular