06:19 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
23 0 0

"Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir. Bələdiyyənin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər?"

Xalid Məmmədov, Sputnik Azərbyacan

BAKI, 13 aprel — Sputnik. "Qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır. Paytaxta girəndə Bakı bir gecəqondu şəhərini xatırladır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir: "Bələdiyyənin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz qərarlar Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problem həllini tapmalıdır".

Teqlər:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, deputat, Bakı

Əsas mövzular