CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hazırkı şəraitdə orucu həkim məsləhəti ilə tutmaq tövsiyə olunur - İlahiyyatçı

© Sputnik / Ilham Mustafayevİftar süfrəsi
İftar süfrəsi - Sputnik Azərbaycan, 1920, 13.04.2021
Abunə olmaq
"Hər kəs özü araşdırıb doğru olanı qəbul etməlidir, əgər hansısa xarici alimdən əxz etmək istəsə, qardaş Türkiyəyə nəzər sala bilər".

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bir gündən sonra müqəddəs Ramazan ayı başlayır. Orucluğun pozulmaması üçün nələrə əməl etməliyik, bu müqəddəs ayda nələri gözləməliyik, sualları ətrafında ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik.

Sputnik Azərbaycan Tural İrfanla müsahibəni təqdim edir:

- Azərbaycanda orucluğun mahiyyəti qorunurmu?

- Ramazan ayında oruc tutmaq vacibdir. Lakin ölkəmizdə normal ilahiyyatçılara normal şərait yaradılmadığına görə xürafat təfəkkürlü ruhanilər inanclı insanları yanıldır. Məsələn, çox adam orucu ancaq ac qalmaq kimi başa düşür. Halbuki oruc insanın ac qalması, ancaq maddi qidalardan çəkinməsi yox, mənəviyyatını pəhriz etməsidir. Yəni, mən əksər hallarda görürəm ki, insanlar orucluqda ac qalır, amma qiybət edir, rüşvət alır, pislik edir, bir kasıba belə əl tutmurlar. İnsan qarnını qidalardan qoruduğu kimi, nəfsini, qəlbini, ruhunu da qorumalıdır.

İftar süfrəsi - Sputnik Azərbaycan, 1920, 12.04.2021
CƏMİYYƏT
İftar süfrəsində kimsə yoluxub ölsə, onu təşkil edən savab yox, günah qazanacaq - QMİ

- Orucluqla bağlı başqa nə kimi yanlış fikirlər formalaşıb?

- Hər il ayın görünməsinə görə çaşqınlıq olur. Bu da xurafatçı mollalar tərəfindən edilir. Lakin "Qurani-Kərim"də belə buyurulur ki, Ramazan ayının başladığı gündən sonunadək oruc tutun. Amma özünü alim adlandıran siyasi ruhanilər indi məzhəbçilik nəzərindən həmişə ayrı-seçkilik salıblar. Yəni, bu oyundur. Əslində inanclı adamları oyuna qurban verməkdir. Odur ki hər kəs özü araşdırıb doğru olanı qəbul etməlidir, əgər hansısa xarici alimdən əxz etmək istəsə, qardaş Türkiyəyə nəzər sala bilər.

- Orucun pozulmaması üçün qidadan əlavə nələrə əməl etmək vacibdir?

- İlk olaraq onu qeyd edim ki, arıqlamaq niyyəti ilə tutulan oruc qəbul deyil. Dan yeri ağarandan gün batana qədər yeməkdən, içməkdən, intim münasibətdən, qeybətdən, küfrdən, rüşvətdən özünü, dilini, qəlbini, nəfsini qorumağa oruc deyilir. Hətta qədimdə danışmaqdan da özlərini qoruyurmuşlar ki, birdən nəsə günah söz işlədə bilərlər.

- Ən çox verilən, maraq doğuran suallardan biri də budur ki, namaz qılmadan oruc tutmaq düzgündürmü?

- Namaz qılmayan şəxsin tutduğu oruc quru skelet orucudur. Orucla namaz dində ata-ana kimi qoşa müqayisə edilən ibadətlərdir. Oruc tutub namazı bilərəkdən, zərurət olmadan tərk etmək sanki atanı sevib,  ananın üzünə baxmamaq deməkdir. Yəni hər iki ibadət vacibdir. Vacib ibadətlərin hökmü eynidir. Yəni, birini icra edib digərini tərk etmək günahdır. Əgər insan oruc tutursa, mütləq namaz da qılmalıdır. Namazı tərk etmək fasiqlikdir. Fasiqin isə orucu qəbul olmaz. Amma insanlar təəssüf ki, öz zövqünə uyğun olaraq ibadət etməyi sevir. Namaz qılmayıb oruc tutan şəxsin orucu Allah üçün yox, özü üçündür. Əgər Allaha üçün olsa namaz da qılardı. Bir fərzi, bir vacibi icra edib digərini tərk etmək doğru deyil. Tutduğu orucun savabını qılmadığı namaz ilə əvəzləşdirdi. Bitdi. Namaz qılmayıb oruc tutan üçün yerdə heç nə qalmadı.

День Ашура в столичной мечети Тезепир - Sputnik Azərbaycan, 1920, 09.04.2021
CƏMİYYƏT
QMİ fətva verdi, Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı

Ancaq bununla bərabər müəyyən şərait və məhdudiyyətlər baxımından, üzrlü səbəbdən namaz qılmaq imkanı olmayan oruc tutanlara bunu şamil etmək olmaz. Kim bilərəkdən, əlində imkanı, şəraiti olduğu halda namazı tərk edib oruc tutursa, o ya pəhriz üçün, ya arıqlamaq üçün, yaxud da dəb üçün oruc tutur. O da ilahi dərgahda ibadət qismində qəbul edilə bilməz. Tibbdə isə müsbət əməl kimi qiymətləndirilə bilər.

- Pandemiya dövründə oruc tutmaq istəyənlər ilk olaraq nəyi nəzərə almalıdır?

- Dində ibadətlər zamanın, məkanın və şəraitin imkan verdiyi hədd və miqdarda edilir. Bu gün dünyanı pandemiya bürüyüb. Belə bir şəraitdə orucu həkim məsləhəti ilə tutmaq tövsiyə olunur. Çünki din insanların səhhətinə ziyan vuran hər şeyin, həmçinin ibadətin də əleyhinədir. Əgər ibadət insana ziyan vuracaqsa, o ibadət batildir.

Xəbər lenti
0