12:17 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
12 0 0

Filmdə Məhəmməd Tağının qətlinin müxtəlif tarixi versiyaları araşdırılır, bu işdə maraqlı olan gizli siyasi qüvvələr üzə çıxarılır, hadisənin mümkün səbəbkarları haqqında düşüncələr irəli sürülür

BAKI, 2 aprel — Sputnik. Azərbaycan Televiziyasının "Qətl planı" layihəsi çərçivəsində məşhur milyonçu və mesenat Hacı Zeynalabdin Tağıyevin kiçik oğlu gənc Məhəmməd Tağının Lənkaranda müəmmalı şəkildə həlak olmasına həsr olunan sənədli film çəkilib.

Sputnik Azərbaycan xəbər verir ki, 1918-ci ilin mart ayında, Novruz bayramından sonra baş verən bu faciə birbaşa mart soyqırımının başlamasına qığılcım vermiş, Məhəmməd Tağının nəşini gətirən və dəfn mərasiminə qatılan milli hərbçilərimizin Bakı kommunası tərəfindən tərk-silah edilməsi ilə qanlı olaylar başlanılıb.

Filmdə Məhəmməd Tağının qətlinin müxtəlif tarixi versiyaları araşdırılır, bu işdə maraqlı olan gizli siyasi qüvvələr üzə çıxarılır, hadisənin mümkün səbəbkarları haqqında düşüncələr irəli sürülür.

Qeyd edək ki, sənədli filmin quruluşçu rejissoru Ramil Ağasıyev, ssenari müəllifi İlqar Fəhmidir. Rolları Ərtoğrul Kamalov, Xudu Mürsəlov, Ramil Əliyev, Zaur İskəndərov, Beyrək Rüstəmzadə, Aytən Süleymansoy, Camal Əliyev, Zeynalov Elgün, Anar, Aslan Bayramov, Nicat Əhmədli ifa edir. Filmin quruluşçu operatorları Tariyel Hacızadə və Fahir Səmədoğludur.

Əsas mövzular