02:01 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
CƏMİYYƏT
Qısa URL
11 0 0

Filmdə təkcə Şamaxı şəhərində 8-10 min dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyi geniş şəkildə izah edilib, bu qırğınların əsas məqsədinin "böyük Ermənistan" xülyalarına xidmət etdiyi bildirilib.

BAKI, 1 aprel — Sputnik. Azərbaycanın Latviyadakı səfirliyinin sifarişi ilə bu ölkənin aparıcı "RigaTV 24" telekanalında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə sənədli film nümayiş etdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, latış dilinə dublyaj edilmiş sənədli filmdə Stepan Şaumyan və onun əlaltısı Stepan Lalayanın rəhbərliyi altında Bakı Sovetinin bolşevik-daşnak ittifaqında birləşən erməni silahlı qruplaşmaları tərəfindən Bakı, Quba, Şamaxı və digər bölgələrdə yaşayan dinc azərbaycanlı əhalisinə qarşı kütləvi qırğınların törədildiyi diqqətə çatdırılıb.

Vahid plan və ssenari üzrə on minlərlə insanın qətlə yetirildiyi bu qırğınların əsas məqsədinin etnik təmizləmələr aparmaqla tarixi türk torpaqlarına sahiblənmək məqsədi daşıdığı qeyd edilən filmdə bütün bu vəhşiliklərə dair istintaq sənədləri, fotomateriallar və aşkar edilmiş kütləvi məzarlıqlar barədə geniş məlumat verilib.

Filmdə təkcə Şamaxı şəhərində 8-10 min dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyi geniş şəkildə izah edilib, bu qırğınların əsas məqsədinin "böyük Ermənistan" xülyalarına xidmət etdiyi bildirilib.

"RigaTV 24" kanalı Latviyada əsasən ictimai və siyasi diskussiya proqramları və sənədli filmlər təqdim edən unikal bir televiziya kanalıdır və kanal həftənin aktual mövzuları üzrə latviyalı liderlərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.

Həmçinin qeyd edilməlidir ki, soyqırımı ilə bağlı "RigaTV 24" kanalında nümayiş etdirilən filmin videoyazısı Latviyada ən son xəbərlər, kəskin siyasi müzakirələr, maraqlı əyləncə və idman proqramlarını bir araya gətirərək təkrar nümayiş etdirən və ölkədə əsasən xəbər proqramlarının təkrar izləyiciləri arasında tanınmış "XTV.LV" videoxəbər platformasında yerləşdirilib.

Teqlər:
sənədli film, video, Latviya, Azərbaycan, mart soyqırımı

Əsas mövzular