04:37 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
1710

"Ölkəyə gələn turistlərin hərəkət marşrutlarına nəzarətlə bağlı da qanunvericilikdə xüsusi bənd yoxdur".

BAKI, 30 mart — Sputnik. Qaxda qanunsuz ov edən xarici turistlərə ov icazəsi verilməyib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov "Ekspert saatı"nda çıxışı zamanı deyib.

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə əcnəbi turistlərin Azərbaycana gəlməsi və harada qalmaları barədə məlumat verilmir. Bəhruz Məhəmmədov bildirib ki, onların gətirdiyi ov ləvazimatlarına nəzarət edilə bilməz:

"Nazirlik buna qarışa bilməz. Ölkəyə gələn turistlərin hərəkət marşrutlarına nəzarətlə bağlı da qanunvericilikdə xüsusi bənd yoxdur. Qaxda qanunsuz ov edən əcnəbi turistlərlə bağlı demək istəyirəm ki, onlar ovçu kimi qeydiyyatdan keçməyiblər və onlara ölkə ərazisində ov etmək üçün ov icazəsi də verilməyib".

İlusu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov isə bildirib ki, xarici ölkə vətəndaşlarının Qax Dövlət Yasaqlığında ov etməsi barədə məlumatlar düzgün deyil. "Qoruğun ərazisində bu hadisələrin baş verməsi kimi informasiyalar insanları çaş-baş salır. Şəki ovçuluq təsərrüfatında ov mövsümündə yerli əhalinin, o cümlədən xarici vətəndaşların ov turizmi təşkil edilir. Biz ümumiyyətlə ova icazə verən, ona yol verən də deyilik. Əgər bizim gözümüzün qarşısında nəsə baş verərsə, biz ona qiymət verə bilərik. Əgər ov ovlanırsa, fiksasiya edib, müvafiq qanunvericiliyə uyğun addım ata bilərik".

Teqlər:
ETSN, icazə, ərəblər, Acınohur düzənliyi, Qax, Azərbaycan, ov

Əsas mövzular