02:19 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
CƏMİYYƏT
Qısa URL
80 0 0

Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və orada olan müştərilər barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

BAKI, 30 mart — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun Qazma kəndində yerləşən “Yeni məkan” adlı kafenin gecə saat 12-dən sonra gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib. Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və orada olan müştərilər barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

 

Əsas mövzular