17:28 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
CƏMİYYƏT
Qısa URL
3598 0 0

Bakı-Qazax avtomagistralına çıxan, Tərtər-Naftalan istiqamətinə gedən sürücülər çətin anlar yaşadı. Goranboy rayonun Boluslu kəndi ərazisində inşa edilən körpünün ətrafında su, lil qatı piyadaların da hərəkətinə çətinlik yaradır.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Goranboy isti iqlimi ilə seçilən rayonlardandır. Burada yağış, qar, o qədərdə intensiv olmur desək, yəqin ki yanılmarıq. Amma yağış yağanda problemlər də az olmur. Bakı-Qazax magistral yolu rayon ərazisindən keçir. Yolun üzərində bir neçə körpü inşa edilib. Onlardan biri də Boluslu kəndi ərazisində, köhnə Goran dairəsi adlanan hissədə tikilib. Tərtər, Naftalan şəhərlərindən gələn sürücülər sözügedən körpüyə qalxmaqla Gəncə-Qazax-Gürcüstan istiqamətinə, körpüyə qalxmadan isə Yevlax, Mingəçevir, Bakıya hərəkət edə bilirlər. Amma yağış uzun müddətli oldusa körpünün ətrafı su ilə dolur. Bu zaman avtomobillərində, piyadaların da hərəkəti çətinləşir. Yevlax rayonundan olan sürücü Famil Ələkbərov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində körpünün ətrafı ilə hərəkət etməyin mümkünsüz olduğunu deyib:

  • Goranboy körpünün etrafina sularla doldu
    © Sputnik / Rahim Mammadov
  • Goranboy körpünün etrafina sularla doldu
    © Sputnik / Rahim Mammadov
  • Goranboy körpünün etrafina sularla doldu
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Goranboy körpünün etrafina sularla doldu

“Körpünün ətrafına su dolub, məcbur olub avtomobillə keçirsən, amma bu maşına böyük zərbədir. Su dolur, bəzən mühərrik sönür, bir neçə maşın qalmışdı yolda. Bura nəsə bir tədbir görülməlidir, kanalizasiya xətti olmalıdır və ya sel, yağış sularını ötürən qurğular qoyulmalıdır ki, sürücülər, piyadalar üçün çətinlik yaranmasın. Burdan keçib getdim Yevlaxa, çatanda gördüm avtomobilimin qeydiyyat nömrə nişanı düşüb, yenidən qayıtdım, ətrafdakı insanlar sağ olsun suyun içindən tapıb verdilər”.

Körpünün hər iki tərəfinə dolan su, yağış gücləndikcə daha da artır. Adiyyatı qurumlar isə mövcud problemin həll edilməsi üçün hələ ki, addımlar atmağa tələsmirlər.

Əsas mövzular