15:12 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
9310

İndi daha keçmiş cəbhə kəndində nə düşmən gülləsinin səsi eşlidilir, nə də insanlar bayramı həyəcan içində keçirməli olur.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 21 mart — Sputnik. İndi daha keçmiş cəbhə kəndində nə düşmən gülləsinin səsi eşlidilir, nə də insanlar bayramı həyəcan içində keçirməli olur. Hər kəs şad-xürrəmdir. Hamı öz ev-eşiyində bayram adət ənənlərini həyata keçirməkdədir. 30 il sonra ilk dəfədir ki, Ağdamın Əfətli kəndində bayram fərqli şəkildə qeyd olunub.

Ağdam rayonunda hər evdə olduğu kimi, Əfətli kəndindəki Əliyevlər ailəsində də bayram əhval-ruhiyyəsi yaşanmaqda idi. Ev-eşik, həyət-baca səliqəyə salınmışdı. Çox keçmədi ki, həyətdə çoxlu ocaqlar qalandı. Adət-ənənəyə uyğun olaraq, bütün yeməklər ocaqlarda hazırlandı. Kimisi kabab çəkdi, kimisi plov bişirdi, kimisi də qovurğa qovurdu. Yanan ocaqların kənarında açılan süfrəyə şirni və başqa şirin nemətlər düzüldü. Bayram süfrəsi üçün hazırlıq saatlarla davam etdi. Hava qaralandan sonra isə həyətdə böyük tonqal qalandı. Hər kəs, ailənin bütün üzvürləri həmin tonqalın kənarına yığışdı. Bəli, bu Əfətlidə 30 ildən sonra yanan ilk tonqal idi...

Ailə üzvülərindən olan Gülgəz Əliyeva son 30 ilə yaxın bir müddətdə belə bayram keçirmədiklərini bildirdi.

© Sputnik / Emin Alisahib
Ağdamın Əfətli kəndində Novruz bayramının qeyd edilməsi

"Otuz ildi heç belə keçirmirdik. Bayramımızı keçirdirik. Qorxumuz yox. Əvvəllər ocaq qalaya bilmirdik. Ocaq yandıran kimi ermənilər atırdı. 30 ilə yaxındır ki, qorxu içində yaşayırdıq. Heç nə edə bilmirdik. İndi Allaha şükür ki, torpaqlarımız alınıb, sərbəstik. Allah ordumuzun canını sağ etsin, prezidentimiz sağ olsun".

Gülgəz Əliyeva onu da əlavə edir ki, bu kənddə yaşayan sakinlərin çörəyi torpaqdan çıxdığından, 30 ilə yaxın bir müddətdə ermənilər onların güzaranını da ağırlaşdırmış olub. "Nə əkin əkə bilirdik, nə iş görə bilirdik. Sahəmizə gedirdik, başımıza yağılar güllələr yağdırırdı. Qorxumuzdan sahəmizə gedə bilmirdik. Mərmi sahəyə düşürdü. İşləyə bilmirdik. İndi Allaha şükür ki, torpaqlarımız alındı, sərbəstik. Bayramımızı yaxşı keçirəcəyik, yaxşı firavan yaşayacağıq".

Elə Gülgəz xanımla həmsöhbət olduğumuz müddətdə artıq bayram süfrəsi də hazır idi. Bütün ailə üzvüləri süfrə ətrafında yığışaraq, Baharın gəlişini gözlədi. Bayram süfrəsini yeddi nemət bəzəyir: paxlava, şəkərbura, qoğal, iydə, kişmiş, xurma, innab. Lakin bu il Ağdam rayon sakinlərinin süfrəsində bəlkə də 17 nemət vardı. Novruz süfrəsini isə xonçaya qoyulmuş beli qırmızı səməni və ətrafını rəngbərəng yanan şamlar bəzəyirdi. İl təhvil olan kimi süfrə başındakılar görüşdülər. Bayramlaşanlardan Gülnaz Həsənova ilə fürsət tapıb, söhbətləşdik. O, 1964-cu il də ata evindən Ağdam şəhərinə gəlin köçdüyünü, 1993-cü ildə Ağdam rayonu işğal edilərkən məcburi köçkün kimi Bakı şəhərində yaşamalı olduğunu, hər il olduğu kimi bu il də bayramlaşmaq üçün ata evinə üz tutduğunu dedi. Amma bu bayram əvvəlki illərdəkindən fərqlidir, deyə müsahibimiz əlavə etdi: "Əvvəllər qorxurduq bayram keçirməyə. Ermənilər atəş açırdı. Elə olurdu ki, tonqal da qalaya bilmirdik. Heç kəsin ürəyi açılmırdı ki, nəsə etsin".

  • Ağdamın Əfətli kəndində Novruz bayramının qeyd edilməsi
    © Sputnik / Emin Alisahib
  • Ağdamın Əfətli kəndində Novruz bayramının qeyd edilməsi
    © Sputnik / Emin Alisahib
  • Ağdamın Əfətli kəndində Novruz bayramının qeyd edilməsi
    © Sputnik / Emin Alisahib
  • Ağdamın Əfətli kəndində Novruz bayramının qeyd edilməsi
    © Sputnik / Emin Alisahib
1 / 4
© Sputnik / Emin Alisahib
Ağdamın Əfətli kəndində Novruz bayramının qeyd edilməsi

Hələ bu harasıdır. Digər müsahibimiz Anar İmanov deyir ki, ermənilərin davamlı kəndi atəş altında saxlaması səbəbindən əkin-biçinlə də məşğul ola bilmirlərmiş: "Rahat əkin-biçin edə bilmirdik. Şükür bu günə ki, rahat bayram keçirə bilirik. Kəndlilər rahat sahəyə gedib-gələ bilmirdilər. Şükür ki, torpaqlarımız işğaldan azad olundu. Növbəti bayramlarda inşallah daha yaxşı olar".

Bu il bayramı bir süfrə arxasında keçirən müsahiblərimizlə ocaqda hazırlanan təamların dadına baxa-baba söhbətimizi davam etdiririk. Elnaz Əliyeva həm bayram niyyəti edir, həm də dua oxuyur. "İndi hamının arzusu torpaqlarına dönüb, orda yaşamaqdır. Hamı tələsir. Bəzən elə sakinlərimiz var ki, evini görmək üçün minalanmış ərazilərə gedir. O gün 6-7 nəfər minaya düşüb. Bu bayramda niyyətim, arzum odur ki, Allah bir daha belə hadisəni bizlərə göstərməsin".

© Sputnik / Emin Alisahib
Ağdamın Əfətli kəndində Novruz bayramının qeyd edilməsi

Təxminən 30 illik fasilədən sonra Novruz bayramı məcburi köçkünlərin erməni işğalından azad olunan torpaqlarında keçirilir. Yurdlarında ocaqlar qalanır. Növbəti il isə bayramımızı işğaldan azad edilmiş yurdumuzda inşa olunacaq yeni mənzilimizdə keçirmək diləyi ilə...

Əsas mövzular