18:23 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
CƏMİYYƏT
Qısa URL
10710

Vətən Müharibəsi şəhidlərinin vərəsələrinə və əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta məbləğlərinin ödənilməsi prosesi davam edir. Bu günədək 44 milyon manat sığorta məbləği ödənib. Vətəndaşların işini asanlaşdırmaq üçün yenilik də edilib.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 18 mart – Sputnik. Vətən Müharibəsi şəhidlərinin vərəsələrinə, döyüşlərdə xəsarət almış hərbçilərə, eləcə də əlillik dərəcəsi müəyyən edilmiş qazilərə sığorta ödənişinin verilməsi davam edir. Sputnik Azərbaycan-ın məlumatına görə, proses Mərkəzi Bank və Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə həyata keçirilir. Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, şəhidlərin və əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi də davam edir.

“Bu günə qədər olan sığorta ödənişləri 44 milyon manat təşkil edib. Bundan savayı müxtəlif əlillik dərəcəsi almış hərbçilərimizin və şəhid olmuş hərbçilərimizin vərəsələrinin ipoteka kreditləri üzrə borcları da həyat sığortası üzrə fəaliyyət göstərən şirkətlər tərəfindən qarşılanır. Bu günə qədər olan son rəqəm 3 milyon 400 min manat təşkil edib ki, həyat sığorta şirkətləri tərəfindən bu ödənişlər həyata keçirilib”, – deyə E. Mirsalayev qeyd edib.

Elmar Mirsalayev vurğulayıb ki, ödənişin təyini üçün şəhidlərin vərəsələri və əlillik dərəcəsi almış hərbçilər Dövlət Sığorta Kommersiya Şirkətinin filiallarına müraciət etməlidirlər. Orada müraciətlərə baxılır və ödənişlər həyata keçirilir. Vətəndaşların işini asanlaşdırmaq üçün yenilik də edilib.

“Dövlət Sığorta Kommersiya Şirkətinin bankla əldə etdiyi razılığa əsasən, vətəndaşlar sığorta şirkətinin filiallarına müraciət edərkən dərhal filialın özündə onların adına bank hesabı açılır və bank kartı təqdim olunur. Ən geci 48 saat ərzində həmin bank hedabına sığorta ödənişi həyata keçirilir. Artıq bundan sonra vətəndaşlarımız üçün banka gedib vaxt itkisi ilə üzləşməyə ehtiyac qalmır”.

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən, I dərəcəli əlilliyə görə 8800 manat, II dərəcəli əlilliyə görə 6600 manat, III dərəcəli əlilliyə görə 4400 manat, yüngül xəsarətə görə 550 manat, ağır xəsarətə görə isə 2750 manat məbləğində sığorta ödənişi nəzərədə tutulub.

Teqlər:
kart, ödəniş, siğorta, qazi, şəhid ailələri

Əsas mövzular