08:06 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
20 0 0

"Yarmarkalarla bağlı şikayətlər daxil olur. Həftəsonu nəqliyyat işləmir, yarmarkalar da ancaq həftəsonu təşkil olunur. Bu səbəbdən alıcılıq qabiliyyəti aşağı olur və bu da qiymətlərin artımına təsir edir" - Eyyub Hüseynov.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 18 mart — Sputnik. "Bayram qabağı bazarda vəziyyət dəyişib. 20 gün öncə ilə müqayisədə qiymətlərdə 6-8 faiz bahalaşma var". "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynov bu gün Sputnik Azərbaycan informasiya agentliyinin mətbuat zalında təşkil olunan görüşdə bildirib.

O qiymət artımı ilə yanaşı bazara keyfiyyətsiz malların daxil olmasından da söz açıb: "Təəssüf ki, Azərbaycanda bir dəfə qiymət artarsa, sonradan düşmür. Digər problem isə bazara keyfiyyətsiz malların çıxmasıdır".

E.Hüseynov yarmarkalardan daxil olan şikayətlərdən də danışır: "Yarmarkalarla bağlı şikayətlər daxil olur. Həftəsonu nəqliyyat işləmir, yarmarkalar da ancaq həftəsonu təşkil olunur. Bu səbəbdən alıcılıq qabiliyyəti aşağı olur və bu da qiymətlərin artımına təsir edir".

"Düşünürəm ki,  bu belə davam edərsə, yarmarka və bazardakı qiymətlər arasında fərq olmayacaq. Bu səbəbdən problemin həlli üçün bu yol düşünülməlidir. Məsələn, yarmarkalar üçün xüsusi avtomobil də təşkil oluna bilər", - deyə o əlavə edir.

E.Hüseynovun hesablamalarına görə, 4 nəfərlik ailənin Novruz bayramı üçün ortaq süfrə xərci 200 manat civarındadır. 

Əsas mövzular