12:14 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
17 0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-fevral aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2,3 milyonadək şəxsə ödənişlər edilib

 

BAKI, 17 mart — Sputnik. Yanvar-fevral aylarında sosial təminat üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilib. Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ildə də davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-fevral aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2,3 milyonadək şəxsə ödənişlər edilib.

Qeyd olunan sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 7,1% və ya 67,4 milyon manat çox olmaqla 1 milyard 21 milyon manat vəsait ödənilib.

Əsas mövzular