15:29 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
107 0 0

Dünən yağan qar Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətini iflic vəziyyətə salmışdı. Bu səbəbdən də yol yol polisləri tərəfindən təhlükəsizlik baxımından bağlanmışdı.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti bərpa olunub. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev məlumat verib. BDYPİ səlahiyyətlisi bildirib ki, dünən axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunda yolun buzlaşması səbəbindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulsa da artıq yol təmizlənib, nəqliyyatın hərəkəti üçün təhlükə qalmayıb: "Artıq həmin əraziyə qarın yağması dayanıb. Yol qardan təmizlənib, hərəkət bərpa olunub".

Qeyd edək ki, dünən yağan qar Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətini iflic vəziyyətə salmışdı. Bu səbəbdən də yol yol polisləri tərəfindən təhlükəsizlik baxımından bağlanmışdı.

 

Əsas mövzular