05:47 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
CƏMİYYƏT
Qısa URL
47 0 0

"Yeni Binqo" tirajlı lotereyasında oynanılan və udulmayan iri pul mükafatları cəmi 174 min manat olmaqla aprelin 5-dən etibarən "4+4" tirajlı lotereyasının "CekPot" pul mükafatına əlavə olunur

BAKI, 10 mart — Sputnik. "Azərlotereya" ASC lotereya həvəskarlarına müraciət edib.

ASC-dən Sputnik Azərbaycan-a bildirilib ki, "Azərlotereya" tərəfindən təşkil olunan "Yeni Binqo" tirajlı lotereyasının keçirilməsinə martın 2-dən etibarən xitam verilib. "Yeni Binqo" tirajlı lotereyasında oynanılan və udulmayan iri pul mükafatları ("CekPot" 10 000 manat, "MeqaPot" 49 000 manat, "Binqo" 47 000 manat, "Super Binqo" 23 000 manat və "Fortuna" 45 000 manat) cəmi 174 min manat olmaqla aprelin 5-dən etibarən "4+4" tirajlı lotereyasının "CekPot" pul mükafatına əlavə olunur və həftədə 3 dəfə olmaqla (bazar ertəsi, çərşənbə və cümə günləri) saat 21:00-da "Space TV" kanalı vasitəsilə yayımlanacaq.

Lotereya biletlərini satış məntəqələrindən və "www.azerlotereya.com" internet saytı vasitəsilə əldə edə bilərsiniz.

Əsas mövzular