CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İntihar edən qızlarla bağlı nazirlikdən açıqlama

© pixabay / igorovsyannykovBinanın damında dayanmış qız, arxiv şəkli
Binanın damında dayanmış qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2021
Abunə olmaq
Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəb: "Biz onu deyə bilərik ki, intihar edən qızlar dərslərini yaxşı oxuyan şagirdlər olub".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. "Təhsil Nazirliyinin nümayəndələri hazırda Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbdə intihar faktı ilə bağlı araşdırma aparırlar. Bununla bağlı yaxın saatlarda Təhsil Nazirliyi tərəfindən mətbuata açıqlama veriləcək".

Bu barədə Sputnik Azərrabyacan-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbdən isə Sputnik Azərbaycan-a bildiriblər ki, Təhsil Nazirliyi nümayəndələri bu faktla bağlı hazırda məktəbdədirlər. Şagirdlərin intiharına dair məlumat ictimaiyyətə ancaq nazirlik tərəfindən açıqlanacaq:

"Biz onu deyə bilərik ki, intihar edən qızlar dərslərini yaxşı oxuyan şagirdlər olub. Onlayn keçirilən dərslərdə də iştirak ediblər. Onlar birlikdə Lökbatana hazırlığa gedirdilər. Psixoloji baxımdan isə problemləri olmayıb. Elə hadisə də qızlar Qaradağ rayonu Lökbatan qəsəbəsinə hazırlığa gedən gün baş verib".

Xatırladaq ki, dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində 11-ci sinif şagirdləri 2004-cü il təvəllüdlü Mətanət Elşən qızı Quliyeva və Əfruz Rafiq qızı Səmədova özlərini binanın damından ataraq intihar ediblər. Fakt üzrə cinayət işi açılıb.

Xəbər lenti
0