01:53 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
CƏMİYYƏT
Qısa URL
Tarif Şurasının sürprizləri (15)
78401

Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür

BAKI, 9 mart — Sputnik. Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizmi tətbiq olunacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, bu zaman mütərəqqi beynəlxalq təcrübə nəzərə alınacaq.

Hazırda ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işləri görülür.

Qeyd edək ki, hazırda avtobus və metro daşınması xidmətlərinin qiymətini Tarif Şurası müəyyən edir.

Mövzu:
Tarif Şurasının sürprizləri (15)
Teqlər:
Nazirlər Kabineti, ictimai nəqliyyat, Tarif Şurası, qiymət

Əsas mövzular