03:47 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
CƏMİYYƏT
Qısa URL
3810

Almaz Məmmədovanın kolleksiyasında minə yaxın dəvətnamə var. Onlar arasında doğmalarının, onların övladlarının, hətta nəvələrinin dəvətnaməsi var.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Elimizin toy kimi gözəl adəti var. Amma koronavirus səbəbindən bir ildir həmin gözəl adətə həsrət qalmışıq. Geridə qoyduğumuz 12 ayda milli musiqimizi, dadlı təamlarımızı, bir sözlə, toy adətlərimizi dondurmuşuq. Qaydalara uyğun hərəkət edib, virusdan tezliklə yaxa qurtarmağa çalışırıq.

Mingəçevirdə yaşayan Almaz Məmmədova 3 saylı Səməd Vurğun adına orta məktəbdə çalışır. Tarix müəllimi maraqlı hobbisi ilə diqqət çəkir. O, əlli ilə yaxındır dəvətnamə toplayır. Sputnik Azərbaycan xəbər verir ki, Almaz Məmmədovanın kolleksiyasında 1970-ci ildən 2020-ci ilə qədər olan dövrü əhatə edən minə yaxın dəvətnamə var. Şəhər sakini deyir ki, onlar arasında öz doğmlarının, onların övladlarının, nəvələrinin, həmçinin məktəb kollektivinin toy dəvətləri var: “Bu kolleksiyada həm ailəmizə aid olan, həmçinin qohumlarda, qonşularda olan toyların dəvətnamələri var. Həmişə mən müəllimlərimizə də deyirəm: məktəbimizin də tarixçəsi bu kolleksiyadadır. Bütün toy mərasimlərinin dəvətnaməsi var məndə. Belə hesab edirəm ki, mənim bu kolleksiyam bizim ailəmizin, nəslimizin bir tarixçəsidir artıq. Eləcə də çalışdığım kollektivin. Dəvətnamələri vərəqlədikcə, onları izlədikcə, elə bil ki, o ailələrin yaranması, davamı, inkişaf etməsi insanın gözünün qarşısına gəlir. Ona görə hesab edirəm ki, bu, bir tarixçədir.

  • Mingəçevir sakini Almaz Məmmədova
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevir sakini Almaz Məmmədovanın saxladığı dəvətnamə
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevir sakini Almaz Məmmədovanın saxladığı dəvətnamə
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevir sakini Almaz Məmmədovanın saxladığı dəvətnamə
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevir sakini Almaz Məmmədovanın saxladığı dəvətnamələr
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Mingəçevir sakini Almaz Məmmədova

Dəvətnamələr içərisində 1975, 1981, 1987-ci  illərdə yazılanlar fərqli formaları ilə daha çox seçilir. Bəziləri ölçüsünə görə açıqcaları xatırladır. 1975-ci ilə aid dəvətnamə Almaz xanımın atasına rus qonşuları tərəfindən yazılıb.

“Rus vətəndaşı olan qonşularımız vardı, onlar atamı, anamı dəvət etmişdilər toya, onu da saxlamışam. Üstündən 46 il keçməsinə baxmayaraq həmin dəvətnamələr sanki bu gün yazılıb.

O illərdə dəvətnamə az-az verilərdi, daha çox varlı təbəqələr çap etdirərdi fərqli formalı dəvətnamələr. Sonralar açıqcalarda yazmağa başladılar dəvətləri. İllər keçdikcə həmin toya çağırış vasitələri də dəyişdi. İndiki müasir dəvətnamələri 70-80-ci illərdəkilərlə müqayisə edəndə ölçüsündə, dizaynında xeyli fərqlər görürük.

Hazırda toylar dayandığından kolleksiyama dəvətnamələr də gəlmir. Dəvətnamə gəlmirsə, deməli, yeni ailələr də yaranmır. Arzu edək ki, bu pandemiya dövrü tez başa çatsın, elimizin adəti olan toylar da başlasın”.

Teqlər:
toy, Mingəçevir, kolleksiya, dəvətnamə, hobbi

Əsas mövzular