05:59 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
CƏMİYYƏT
Qısa URL
28 0 0

Qazinin gözünün içərisinə okulyar bir linza yerləşdirilib və israilli donordan təzə bir kornea köçürülüb

 

BAKI, 3 mart — Sputnik. Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda bir gözündən yara alıb. Sputnik Azərbaycan "YAŞAT" Fonduna istinadən xəbər verir ki, israilli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.

Onun gözünün içərisinə okulyar bir linza yerləşdirilib və israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb.

Qeyd edək ki, əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.

Xatırladaq ki, "YAŞAT" Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

Teqlər:
donor, həkim, İsrail, bərpa, görmə qabiliyyəti, qazi, YAŞAT Fondu

Əsas mövzular