CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ilk dəfə olaraq “İlin Press Fotosu” adlı fotomüsabiqə keçirilir

© Sputnik / Murad OrujovФламинго в Апшеронском национальном парке
Фламинго в Апшеронском национальном парке - Sputnik Azərbaycan, 1920, 03.03.2021
Abunə olmaq
Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzu ətrafında keçiriləcək. Mövzular: Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarət olacaq.

BAKI, 3 mart — Sputnik. “Gilavar” Azərbaycan Foto Klubu Azərbaycanda ilk dəfə “İlin Press Fotosu” adlı yeni layihəyə start verir. Layihə çərçivəsində hər il “Azərbaycan Press Foto” adlı fotomüsabiqənin keçirilməsi nəzərdə tutulur.

Bu barədə Sputnik Azərbaycan-a “Gilavar” Azərbaycan Foto Klubundan məlumat verilib.

"Hər il müxtəlif ölkələr, eləcə də dünya üzrə “İlin Press Fotosu” adlı fotomüsabiqələr keçirilir və ən yaxşı fotolar qalib gələrək mükafatlandırılır. Azərbaycanda fotoqrafiyanın inkişafına töhfə vermək, fotoqrafların imkanlarından daha səmərəli istifadə edilməsi, onların bu sahəyə maraq göstərməsi, ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıdılması, onlara ruh yüksəkliyi aşılamaq məqsədilə bizdə də belə bir müsabiqənin keçirilməsi labüd idi. Bunları nəzərə alaraq "Gilavar" Azərbaycan Foto Klubu belə bir yarışmanın keçirilməsnə qərar verib. Müsabiqənin keçirilməsində də əsas məqsəd kütləvi informasiya vasitələrində çalışan və sərbəst fəaliyyət göstərən peşəkar fotoqraflar tərəfindən il ərzində çəkilən və mətbuatda yayımlanan ən yaxşı fotoları seçmək və dəyərləndirməkdir" - məlumatda bildirilir.

“Azərbaycan Press Foto 2020” adlanan ilk belə müsabiqəyə 2020-ci il ərzində çəkilmiş fotolar qəbul olunacaq. Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçiriləcək. Fotoqrafların işləri peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatlarının qayda və prinsiplərinə uyğun şəkildə təşkil olunub. Klubun beynəlxalq foto müsabiqələrin keçirilməsi üzrə kifayət qədər təcrübəsi var. Klub 2017-ci ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasına üzv kimi qəbul edilib və bu təşkilatın Azərbaycan üzrə təmsilçisidir.

Fotomüsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzu ətrafında keçiriləcək. Mövzular: Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarət olacaq. Qaliblər hər mövzu üzrə seçiləcək: birinci yer, ikinci yer, üçüncü yer. Qalib gələn fotolar arasından “İlin Press Fotosu” seçiləcək.

Müsabiqə haqqında ətraflı məlumatı http://gilavar.net/musabiqe ünvanında əldə etmək mümkündür.

Xəbər lenti
0