CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili İşlər Nazirliyi Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan, 1920, 03.03.2021
Abunə olmaq
Ötən gün sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirilməsi ilə bağlı videogürüntülər paylaşılıb. Bildirilib ki, ərazidə olan polis əməkdaşları onları Polis Bölməsinə aparıb.

BAKI, 3 mart — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib. DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq deyib ki, quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdirən şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Polis Bölməsinə dəvət edilib.

E.Zahidov vurğulayıb ki, həmin şəxslərlə profilaktik söhbət aparılıb və sərbəst buraxılıb:

"Onlara başa salınıb ki, pandemiya dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Əlbəttə, şəhərin mərkəzində quzu gəzdirmək olmaz".

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirilməsi ilə bağlı videogürüntülər paylaşılıb. Bildirilib ki, ərazidə olan polis əməkdaşları onları Polis Bölməsinə aparıb.

Xəbər lenti
0