CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişilər daha çox intihara meyillidir - Komitə sədri

© Depositphotos.com / InnovatedcapturesМужчина в капюшоне прячется в тени улицы
Мужчина в капюшоне прячется в тени улицы - Sputnik Azərbaycan, 1920, 26.02.2021
Abunə olmaq
Amma cəmiyyət müzakirə edərkən daha çox qadınlara üstünlük verir. Zorakılıq göstərənlər əsas hədəf qrupları olmalıdır. Bununla bağlı layihələrimiz davam edir" - Bahar Muradova

BAKI, 26 fevral — Sputnik. "Təəssüf ki, bizim cəmiyyətdə zorakılıq hadisələri və gizli gedən proseslərlə bağlı insanlarımızın xidmətlərdən istifadəsi az olur. Bu da milli-mənəvi dəyərlər və məsələyə fərqli baxışla bağlıdır. Bunun üçün bu sahədə xidmətin dairəsini genişləndirməli və biz bu prosesə bütün cəmiyyət olaraq qoşulmalıyıq".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. B.Muradovanın sözlərinə görə, intiharlara bağlı rəqəmlər yüksəkdir: "Azərbaycanda təkcə erkən nikah deyil, bir sıra məsələlər var ki, haqlı narazılıq, narahatlıq doğurur. Bəzən dərdini açıq demək, şikayət etmək ənənəsini normal qəbul etmirlər".

"Heç kəs bu məsələlərə biganə qalmamalıdır. Daşlaşmış stereotipləri müasir cəmiyyətin tələbi ilə dəyişmək lazımdır. Təəssüf ki, istədiyimiz nəticəni ala bilmirik", - deyə komitə sədri əlavə edib.

O son dövrlər bu vəziyyətin dünya üzrə acınacaqlı olmasının səbəbilərinin pandemiya ilə əlaqəli olduğunu bildirib. Komitə sədrinin sözlərinə görə, qadınlarla müqayisədə kişilər daha çox intihara meyl edir: "Amma cəmiyyət müzakirə edərkən daha çox qadınlara üstünlük verir. Zorakılıq göstərənlər əsas hədəf qrupları olmalıdır. Bununla bağlı layihələrimiz davam edir".

Xəbər lenti
0