09:11 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0459
  • RUB0.0222
CƏMİYYƏT
Qısa URL
18 0 0

Amsterdamdakı toyları üçün xüsusi dizaynlı mini gəlinlik geyinən Burcu Kıratlı bu dəfə gəlinliyini məşhur modelyer Hakan Akkayaya etibar edib.

BAKI, 25 fevral — Sputnik. 2018-ci ilin dekabrında kiçik bir dost qrupu ilə Niderlandın paytaxtı Amsterdamda toy edən türkiyəli məşhur sənətçilər Sinan Akçıl və Burcu Kıratlı evliliklərinin doqquzuncu ayında boşanıblar.

Sputnik Azərbaycan xəbər verir ki, ayrılığa tab gətirməyən cütlük yenidən evlənib.

Sadə toy mərasimində ən çox danışılan mövzulardan biri aktrisa Burcu Kıratlının gəlinliyi olub. Amsterdamdakı toyları üçün xüsusi dizaynlı mini gəlinlik geyinən Burcu Kıratlı bu dəfə gəlinliyini məşhur modelyer Hakan Akkayaya etibar edib. Aktrisanın gəlinliyi bu dəfə çox sayda izləyicisi tərəfindən bəyənilib.

Xatırladaq ki, Sinan Akçılın birinci toy mərasimində Burcu Kıratlını ilk gördükdə "Sevgilim, geyinməyi unutmusan" deyə reaksiyası günlərlə müzakirə olunmuşdu.

Əsas mövzular