13:37 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
48 0 0

Salyan Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş bir nəfərin fevralın 19-da barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu almasını bildirib.

BAKI, 20 fevral — Sputnik. Daxili İşlr Nazirliyi ötən günün cinayət xronikasını açıqlayıb. Sputnik Azərbaycan-ın DİN- istinadən xəbərin görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmaqda və orada işləyən 2 nəfəri döyməkdə şübhəli bilindiyinə görə saxlanılan S.Quliyevdən qundağı və lüləsi kəsilmiş "BUM" markalı ov tüfəngi götürülüb.

Digər hadisə isə Salyanda baş verib. Belə ki, Salyan Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş bir nəfərin fevralın 19-da barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan E.Fərəcov saxlanılıb. Şəxsi axtarış zamanı ondan "Makarov" markalı tapança və 7 ədəd patron aşkar edilərək götürülüb.

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Nadirovun Bakı şəhərində yaşadığı mənzilə baxış zamanı oradan "Makarov" markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülmüşdür.

Lənkəran şəhər RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində T.Məlikova zor tətbiq edərək çantasından 600 manat dəyərində lotoreyanı soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Əsas mövzular