CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəkidə poltergeyst: Ailə qorxudan evində gecələyə bilmir - FOTOLAR

© Sputnik / Ibrahim HashimovŞəkidə müəmmalı yanğınlar
Şəkidə müəmmalı yanğınlar - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Abunə olmaq
Şəkidə bir evdə poltergeystin peyda olması xəbəri sakinləri təşvişə salıb - “İlk dəfədir ki, belə bir şey görürəm. Əvvəllər televizorda görüb-eşitmişdim. Bu gün öz gözümlə gördüm. Əşyalar öz-özünə yanır”.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 12 fevral – Sputnik. Müəmmalı yanğınlar Şəki rayonunun Turan qəsəbəsində yaşayan Məmmədovlar ailəsini qorxuya salıb. Ev sahibi Rəcəbəli Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, evin nə zaman tikildiyini bilmir. Özü isə ailəsi ilə birgə 2009-cu ildən burada yaşayır. Müəmmalı yanğın fevralın 10-dan başlayıb və ilk yanan uşaq çarpayısı olub.

“Otaqdakı divarın dibində uşaq çarpayısı var idi. Saat 16-17 radələrində uşaqlar toyuqları yemləyirmişlər həyətdə. Bu tərəfə gələndə görüblər ki, qapıdan tüstü çıxır. Mən küçədə idim, zəng edib dedilər. Mən gələnə kimi qonşunun köməyi ilə söndürüblər. Axşam oturub çörəyimizi yedik. Bir az sonra ortancıl qızım görüb ki, o biri otaq küncdən yanır. Onu da söndürdük. Gedib nərdivanı gətirdim ki, evin damına baxım. Oraya çıxanda da dedilər ki, üçüncü otaq yanır.  Aşağıya düşüb onu da söndürdüm”.

© Sputnik / Ibrahim HashimovŞəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra
Şəkidə poltergeyst: Ailə qorxudan evində gecələyə bilmir - FOTOLAR - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra

Evdəki bütün əşyalar qonşuların köməyi ilə bayıra çıxarılıb və həyətə yığılıb. Lakin bu da otaqlardakı yanğınlara təsir etməyib. Fevralın 11-də səhər saatlarında isə şkafdakı parça yanmağa başlayıb. Onu isə qonşuluqda yaşayan müəllim Məzahir Quliyev söndürüb.

“Bu gün səhər uşaq qaça-qaça gəldi ki, şkaf yanır. Gedib gördüm ki, şkafın alt gözündə uşaq paltarı var. O yanıb qəfildən. Tez söndürdük. İlk dəfədir ki, belə bir şey görürəm. Əvvəllər televizorda görüb-eşitmişdim. Bu gün öz gözümlə gördüm”, – Məzahir Quliyev qeyd edib.

Ev sakini Gülnar Məmmədova deyir ki, yanğınların səbəbini bilmirlər. Bu da onları daha çox vahimələndirir.

“Çörək yeyib gələndə uşaq dedi ki, bu otağın küncü yanır. Tez su atıb söndürdük. Sonra da yoldaşımı çağırdıq.  Səbəbini bilmirik. Alışan yerlər elektrik xəttinə yaxın deyil. Otaqda qaz da yoxdur”, – deyə G. Məmmədova əlavə edib.

© Sputnik / Ibrahim Hashimov
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra - Sputnik Azərbaycan
1/5
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra
© Sputnik / Ibrahim Hashimov
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra - Sputnik Azərbaycan
2/5
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra
© Sputnik / Ibrahim Hashimov
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra - Sputnik Azərbaycan
3/5
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra
© Sputnik / Ibrahim HashimovRəcəbəli Məmmədov
Rəcəbəli Məmmədov - Sputnik Azərbaycan
4/5
Rəcəbəli Məmmədov
© Sputnik / Ibrahim HashimovValeh Bağırov
Valeh Bağırov - Sputnik Azərbaycan
5/5
Valeh Bağırov
1/5
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra
2/5
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra
3/5
Şəki rayonunun Turan qəsəbəsində Məmmədovlar ailəsinin evi yanğından sonra
4/5
Rəcəbəli Məmmədov
5/5
Valeh Bağırov

Yanğının yaranma səbəbini öyrənmək üçün qonşular səhərə kimi keşik çəkiblər. Amma heç bir nəticəsi olmayıb.

Ev sahibinin qonşusu Valeh Bağırov: “Axşam eşitdik ki, belə bir hadisə baş verib. Səhərə qədər burada qaldıq. Yatmamışdıq. Bu şkaf boş idi, içində bir uşaq paltarı var idi. Evə gedən kimi eşitdik ki, bu da alışıb”, –deyərək heyrətini gizlətməyib.

İndi Məmmədovlar ailəsi qorxudan həyətdə və qonşuların evində gecələyir.

Xəbər lenti
0