20:39 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
CƏMİYYƏT
Qısa URL
34 0 0

"Famil Məmmədov pandemiyadan sonra xaricdən qəbul etdiyimiz ilk pasiyent olub. Bir az da gec gəlsəydi, sol ayağını dizdən aşağı amputasiya etmək məcburiyyətində qalacaqdıq, yəni protez ayağa möhtac qalacaqdı"

BAKI, 10 fevral — Sputnik. Azərbaycan Ordusunun polkovniki Famil Məmmədovun ayağı Türkiyədə amputasiya olunmaqdan qurtulub. Bu barədə Sputnik Azərbaycan Türkiyənin "Haberler" saytına istinadla məlumat yayıb. Ayağının daban nahiyəsində problem yaranan Məmmədov əvvəl Naxçıvanda müayinə olunub, ancaq ağrı aradan qalxmadığına görə sonradan Ərzurum Şəhər Xəstəxanasına müraciət edib. Bu xəstəxanada sol ayağında damar tıxanıqlığı aşkarlanan hərbçimiz tətbiq olunan müalicə nəticəsində ayağının kəsilməsi riskindən qurtulub. Məmmədov göz yaşları içində həkimlərə təşəkkür edib.

Ərzurum Şəhər Xəstəxanasının ürək-damar cərrahı, professor Əli Kayqan əməliyyat nəticəsində Məmmədovun sol ayağındakı damar tıxanıqlığının aradan qaldırıldığını bildirib. Həkim polkovnikin iki gün ərzində evə yazılacağını deyib.

"Famil Məmmədov pandemiyadan sonra xaricdən qəbul etdiyimiz ilk pasiyent olub. Bir az da gec gəlsəydi, sol ayağını dizdən aşağı amputasiya etmək məcburiyyətində qalacaqdıq, yəni protez ayağa möhtac olacaqdı", – deyə Kayqan bildirib.

Teqlər:
əməliyyat, Türkiyə, azərbaycanlı, polkovnik

Əsas mövzular