07:24 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
CƏMİYYƏT
Qısa URL
527 0 0

Təəssüf ki, sığınacağa yerləşdirilərək sonra oradan lazımi tibbi müəssisəyə göndərilmə təklifimizi qəbul etmədi. Prosesə sürətli müdaxilə üçün Təcili Tibbi Yardım əməkdaşlarını dəvət etdik.

BAKI, 10 fevral — Sputnik. "Akif Əliyev barəsində sosial şəbəkədə paylaşılmışdı. Onun Xətai rayonu ərazisində küçədə yatdığı, çətin həyat şəraiti ilə üzləşdiyi qeyd edilirdi. Xəbər tutduğumuz andan proses başlandı. Xətai rayonu üzrə filial əməkdaşlarımızla birlikdə əraziyə yollandıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xİdmətlər Mərkəzinin mətbuat katibi Murad Həşimov məlumat verib.

O bildirib ki, adıçəkilən şəxs daha əvvəl də elə Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisənin sakini olub: "Sonradan öz istəyi ilə sığınacaqdan ayrılıb. Akif dayıya sığınacağın qapısının hər zaman açıq olduğunu bildirdikdə dedi ki, indi onun əsas ehtiyacı ayağındakı ağrıdan qurtulmasıdır, gəzməkdə çətinlik çəkir. Təəssüf ki, sığınacağa yerləşdirilərək sonra oradan lazımi tibbi müəssisəyə göndərilmə təklifimizi qəbul etmədi. Prosesə sürətli müdaxilə üçün Təcili Tibbi Yardım əməkdaşlarını dəvət etdik. Yenidən harasa getməkdən imtina etsə də, Akif dayını razı sala bildik. Beləliklə, aidiyyəti üzrə müalicə alması üçün tibb müəssisəsinə aparıldı. Müalicənin ardından Akif dayının razılığı olarsa, sığınacaqda yerləşdirilməsini təmin edəcəyik. Orada isti yer və gündəlik 3 dəfə qidalanma ilə təmin ediləcək".

 

Əsas mövzular