12:23 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
CƏMİYYƏT
Qısa URL
23 0 0

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə baş verən hadisə ilə əlaqədar olaraq Gürcüstandakı aparıcı QHT rəhbərlərindən biri Tamara Masiaşvilidən məlumat alıb

BAKI, 9 fevral — Sputnik. Ötən gün Gürcüstanda 11 yaşlı qızın 15 yaşlı oğlanla nişanlanması media və sosial şəbəkədə böyek rezonans doğurdu.

"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə baş verən hadisə ilə əlaqədar olaraq Gürcüstandakı aparıcı QHT rəhbərlərindən biri Tamara Masiaşvili ilə əlaqə saxlamışdı. Artıq baş verən hadisə ilə əlaqədar müəyyən addımlar atılıb. Qarşı tərəfdən - Tamara Masiaşvilidən də son vəziyyətlə bağlı müəyyən cavab gəlib. Bu barədə K.Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında deyib: "Ötən gün Gürcüstanın hüquq-mühafizə orqanlarında bu məsələ ilə əlaqədar cinayət işi açılıb. Ata-ana dindirilib, Ehtimal ki, uşaq sığınacağa yerləşdiriləcək".

Teqlər:
sığınacaq, qız, nişan, Azərbaycan, Gürcüstan

Əsas mövzular