12:16 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
CƏMİYYƏT
Qısa URL
16 0 0

Mikayıl Cabbarov: "Müşahidə Şurası Dövlət Neft Şirkətinin idarə heyəti ilə əməkdaşlıq müstəvisində çalışacaq".

BAKI, 4 fevral — Sputnik. Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılmış Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının ilk iclası keçirilib.

Azərbaycan İnvestisiya Holdinqindən Sputnik Azərbaycan-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə videoformatda keçirilən iclasda şura üzvləri, SOCAR-ın rəhbər şəxsləri iştirak ediblər.

İlk olaraq Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

M.Cabbarov vurğulayıb ki, hazırda Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyur: "Dövlət başçısının Fərmanı ilə yaradılmış Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində SOCAR-ın fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək. Müşahidə Şurası Dövlət Neft Şirkətinin idarə heyəti ilə əməkdaşlıq müstəvisində çalışacaq".

İclasda Azərbaycan Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, SOCAR-ın korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Əsas mövzular