11:15 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
CƏMİYYƏT
Qısa URL
32 0 0

Model geyiminə görə təyyarəyə buraxılmamağını azadlığın məhdudlaşdırılması adlandırıb. Onun fikrincə, cəmiyyətin başqalarına nə geyinməli olduqlarını diktə etmək hüququ yoxdur.

BAKI, 4 fevral — Sputnik. Avstraliyalı model İzabel Eleanor açıq-saçıq geyiminə görə təyyarəyə buraxılmayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Qold-Kost şəhərindən Melburna yollanmaq istəyən turist çox qısa topda olub. Təyyarənin heyət üzvləri onu bu geyimdə laynerə buraxmaqdan imtina ediblər və o, məcburiyyət qarşısında xilasetmə jileti geyinib.

Turistin sözlərinə görə, "Jetstar" aviaşirkətin əməkdaşları ona qarşı "möhtəşəm tamaşa" quraraq digər sərnişinlərin qarşısında alçaldıblar.

Model geyiminə görə təyyarəyə buraxılmamağını azadlığın məhdudlaşdırılması adlandırıb. Onun fikrincə, cəmiyyətin başqalarına nə geyinməli olduqlarını diktə etmək hüququ yoxdur.

"Jetstar" aviaşirkəti baş verənlərlə əlaqədar artıq münasibət bildirib. Şirkət nümayəndələri modellə əlaqə saxlayaraq, ondan baş verənlərə görə üzr istəyiblər.

Əsas mövzular