CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda hər işçinin öz kabineti olacaq

© Depositphotos.com / GaudiLabМужчина с ноутбуком
Мужчина с ноутбуком - Sputnik Azərbaycan
Abunə olmaq
"ƏMAS adlı vahid əmək münasibətləri platforması çərçivəsində ölkədə müxtəlif sektorlarda çalışan işçilərin şəxsi kabinetləri yaradılacaq"

BAKI, 29 yanvar — Sputnik. "Əmək münasibətləri və məşğulluq" altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması çərçivəsində ölkədə müxtəlif sektorlarda çalışan işçilərin şəxsi kabinetləri yaradılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli "Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər" mövzusunda keçirdiyi mətbuat konfransında açıqlayıb.

M.Abbasbəyli bildirib ki, "işçinin şəxsi işi" anlayışını "işçinin şəxsi kabineti" anlayışına keçirmək istəyirlər: "İnanırıq ki, bu sistemin tətbiqi ilə ölkədə kadr inzibatçılığı önəmli ölçüdə minimallaşacaq və bunun nəticəsində kiçik və orta biznesin dövlətə sərf etdiyi vaxt kifayət qədər azalacaq".

Qeyd edək ki, "Əmək münasibətləri və məşğulluq" altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının yaradılmasına 2020-ci ildən başlanıb.

Xəbər lenti
0