04:44 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
CƏMİYYƏT
Qısa URL
16 0 0

Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir.

BAKI, 21 yanvar — Sputnik. Yardımlı rayonuna 15 santimetr qar yağıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda sözügedən ərazilərə zəif qar yağır. Səhər saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Yardımlı rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Lerik rayonu ərazisində 20-25 sm qar yağıb, hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq, yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Əsas mövzular