11:02 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
CƏMİYYƏT
Qısa URL
19 0 0

"Dünən gecə saatlarınadək ərazidə olmuşuq. Artıq orada yağışlar başlayıb. Yanğın tamamilə söndürülüb" - xidmət rəisi

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. "Hirkan Milli Parkının ümumi ərazisi 40358 hektardır. Yanğın baş verən ərazi isə Astarada "Şindan meşəbəyiliyi"nin ərazisidir. Yanğının baş vermə səbəbləri araşdırılır".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev danışıb. Onun sözlərinə görə, bir neçə gündür ki, yanğının söndürülməsində çətinliklər güclü küləyin olması ilə əlaqəli olub.

F.Əliyev vurğulayıb ki, yanğın artıq söndürülüb. Yanğının söndürülməsində Hirkan Milli Parkının və Meşə Xidmətinin əməkdaşları ilə birgə Fövqəladə Hallar Nazirliyi və kənd sakinləri də iştirak ediblər. Ümumilikdə 300 nəfərə yaxın şəxs cəlb edilib.

"Dünən gecə saatlarınadək ərazidə olmuşuq. Artıq orada yağışlar başlayıb. Yanğın tamamilə söndürülüb", - deyə xidmət rəisi vurğulayıb. Onun sözlərinə görə, yanğın zamanı əsasən xəzəl və qurumuş kol-kos yanıb.

Əraziyə baxış keçirilən zamanı köküstə yaşıl ağacların yanmasına təsadüf edilməyib. Profilaktik tədbirlər baxımından ərazidə növbətçilik sistemi təşkil edilib. Yenidən yanğının baş verməməsi üçün nazirliyin əməkdaşları ərazidə növbə çəkirlər.

F.Əliyev qeyd edib ki, hazırda dəymiş zərər hesablanır. Yanğının səbəbləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq mühafizə orqanları nümayəndələri tərəfindən araşdırılır.

Teqlər:
yanğın, Hirkan Milli Parkı

Əsas mövzular