10:32 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
CƏMİYYƏT
Qısa URL
901

Bu gün toz dumanının ən çox müşahidə olunduğu şəhər Gəncə olub - normadan 4.5-5.1 dəfə yüksək. Bakıda bu göstərici 1,5 olub

BAKI, 14 yanvar — Sputnik. Bu gün cənub-qərb istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə transsərhəd toz kütlələri daxil olub. Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, yeni quraşdırılmış avtomat monitorinq stansiyalarından daxil olan məlumata əsasən, Bakıda tozun miqdarı gün ərzində normadan 1.5 dəfə artıq qeydə alınıb. Gəncə şəhərində isə tozun miqdarı günorta saatlarında normadan 4.5-5.1 dəfə yüksək olub, hazırda normadan 1.7 dəfə artıqdır.

Qeyd edək ki, yanvarın 15-də cənub-qərb istiqamətli hava cərəyanlarının üstünlüyü nəticəsində ölkə ərazisində tozun miqdarının normadan bir qədər çox olması müşahidə ediləcək.

Teqlər:
Gəncə, Bakı, duman, toz

Əsas mövzular