16:47 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
CƏMİYYƏT
Qısa URL
22 0 0

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 13 yanvar — Sputnik. Yanvarın 12-də saat 23 radələrində Şəki rayon sakini 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Şəki rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin bacısının əri, 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan ̧mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Teqlər:
münaqişə, baldız, kişi, Şəki, qətl

Əsas mövzular