14:22 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
22 0 0

"Cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidirlər. Onlar yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almalıdırlar".

BAKI, 7 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) polietilen torbalarla bağlı müraciətlər hazırlayaraq müvafiq qurumlara göndərəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ETSN yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, sahibkarlar özləri polietilen torbalardan istifadə etməməyə maraqlı olmalıdırlar.

H.Əlizadə əlavə edib ki, bir çox insanlar hələ də polietilen torbalarla bağlı yeni dəyişikliyin icrasında maraqlı deyillər: "Hətta heç maraqlanmırlar ki, alış-veriş etdikləri yerdə onlara hansı qalınlıqda torba veriləcək. Ona görə də bu iş market sahiblərinin marağında olmalıdır. Ən azından başa düşməlidirlər ki, qaydalara riayət etməyəcəkləri təqdirdə cərimələnəcəklər. Cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidirlər. Onlar yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almalıdırlar".

Teqlər:
sahibkar, market, sənəd, polietilen torbalar

Əsas mövzular