08:00 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
15 0 0

Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrinin elə öz yaşadıqları bölgələrə gətirilib onlara verilməsindən razılıqlarını bildiriblər.

BAKI, 3 yanvar - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada xidmətlərini davam etdirir.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mərkəz tərəfindən daha 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları şəhər və rayonlara (Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) aparılaraq təqdim edilib.

Həmin rayonlarda yaşayan digər bir qrup əlilliyi olan şəxsə də 12 reabilitasiya vasitəsi verilib.

Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrinin elə öz yaşadıqları bölgələrə gətirilib onlara verilməsindən razılıqlarını bildiriblər.

Əsas mövzular