18:51 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
16 0 0

Vətən müharibəsində iştirak etmiş və hazırda işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçulara da Ombudsman təsisatının sovqatları göndərilib

BAKI, 31 dekabr - Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən həssas əhali qruplarına, ailələrə ünvanlanan sosial dəstək həyata keçirilib. Ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında Aparatın əməkdaşları təsisata müraciət etmiş aztəminatlı ailələrə, habelə hərbi qulluqçuların ailələrinə baş çəkiblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşlərdə onlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış zəfər, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Ombudsmanın təbrikləri çatdırılıb, sovqatlar təqdim edilib. Vətən müharibəsində iştirak etmiş və hazırda işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçulara da Ombudsman təsisatının sovqatları göndərilib.

Əsas mövzular