16:42 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
10502

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, yeni ilin ilk ayında həftəsonları ictimai nəqliyyat işləməyəcək

BAKI, 26 dekabr — Sputnik. Nazirlər Kabineti ictimai nəqliyyatla bağlı yeni qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən 2021-ci il:

- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bu Qərar 2020-ci il 28 dekabr tarixindən qüvvəyə minir.

Nazirlər Kabinetinin başqa bir Qərarına əsasən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin təmin edilməsi barədə qərarın müddəti 2021-ci ilin yanvarın 31-dək uzadılır.

Teqlər:
qadağa, qərar, Nazirlər Kabineti yanında Operativ Qərargah, Azərbaycan Respublikasının Nazirlər Kabineti, şənbə, bazar, avtobus, metro, ictimai nəqliyyat

Əsas mövzular