CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya dövründə əhalinin gəlirləri azalıb

© Sputnik / Murad OrujovBakıda sərtləşdirilmiş xüsusi karantin rejimi
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,6 manat, özəl müəssisələrdə isə 805,7 manat olub

BAKI, 21 dekabr — Sputnik. 2020-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 50173,1 milyon manat təşkil edib, lakin öncəki ilin eyni dövrünə nisbətən 1,3 faiz azalıb. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 45499,1 milyon manatlıq vəsait qalıb.

Cari ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 14,7 faiz artaraq 704,5 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3360,6 manat, qeyri neft-qaz sektorunda 647,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,6 manat, özəl müəssisələrdə isə 805,7 manat olub.

Xəbər lenti
0