CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu vətəndaşlarla vergi və digər güzəştlər nəzərdə tutulur - Gələn ilin büdcəsində

Abunə olmaq
Xüsusi olaraq qeyd olunub ki, bu, 2021-ci ildə büdcə-vergi siyasətinin əsas istiqamətlərdən biridir.

BAKI, 21 dekabr — Sputnik. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin bərpası və vətəndaşlarımızın doğma torpağa qayıdışı ilə bağlı proqram və layihələrin həyata keçirilməsi üçün məqsədli maliyyə təminatının yaradılması və müvafiq maliyyələşmə mexanizminin tətbiqi, həmin ərazilərdə iqtisadi fəallığın artırılması üçün stimullaşdırma tədbirlərinin (vergi və digər güzəştlər, dövlət-özəl sektor tərəfdaşlığı və s.) həyata keçirilməsi, həmçinin də şəhid ailələrinin və müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş güzəşt və imtiyazların verilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, 2021-ci il dövlət büdcənin layihəsində öz əksini tapıb. Qeyd olunub ki, bu, 2021-ci ildə büdcə-vergi siyasətinin əsas istiqamətlərdən biridir.

Xəbər lenti
0