16:19 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
27 0 0

İstehlakçılar qarşılaşdıqları hər hansı qəza halı ilə bağlı “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər

BAKI, 20 dekabr - Sputnik. Azərbaycanın bir sıra regionlarında havanın qarlı və kəskin şaxtalı keçməsi istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchizatında üzərimizə düşən məsuliyyəti daha da artırır. “Azərişıq” ASC-nin əməkdaşları abunəçilərin 24 saat fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün var gücü ilə çalışır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Müxtəlif dağlıq və dağətəyi regionlarda qarın yağmasına və havaların şaxtalı keçməsinə baxmayaraq "Azərişıq" əməkdaşları elektrik enerjisi xətlərində qəzaların baş verməməsi üçün səfərbər olunublar.

""Azərişıq” ASC-nin regional enerji təchizatı və satışı idarələrinin əməkdaşlarının ekstremal hava şəraitinə baxmayaraq gecə-gündüz çalışması nəticəsində istehlakçılarımızın dayanıqlı və keyfiyyətli elektrik enerjisinə əlçatanlığı daha da artıb.

Hər il olduğu kimi bu il də payız-qış fəsli ilə əlaqədar olaraq regionlar zəruri avadanlıqlar, mal-materiallarla öncədən təmin edilib, kəsinti və qəzaların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək kəsilmələrin qarşısını almaq üçün əməkdaşlarımız daim hazır vəziyyətdədir.

İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı qəza halı ilə bağlı “Azərişıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar", - məlumatda qeyd olunur.

Teqlər:
qarlı-şaxtalı hava şəraiti, şaxta, qar, kənd, dağ, "Azərişıq" ASC, elektrik xətləri, elektrik, işıq

Əsas mövzular