23:06 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
37 0 0

"Elə onu sökənlər də həmin gənclərdir. Səbəb isə onların bütün şəhidləri əhatə edən lövhələr qoymağıdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Bir müddət öncə Binəqədi rayon, Mehdiabad qəsəbəsində şəhidlərin şəkillərindən ibarət lövhələr hazırlanıb yol kənarında qoyulmuşdu. Lakin ötən gecə naməlum şəxslər tərəfindən həmin lövhələr sökülüb. Bu hadisə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. Məsələ ilə əlaqədar Sputnik Azərbaycan-a açıqlama verən Binəqədi rayon İcra Hakimiyyətinin mətbuat şöbəsinin nümayəndəsi Leyla Quliyeva bildirib ki, ümumiyyətlə, o lövhələrin qoyulmasında rayon icra hakimiyyəti iştirak etməyib:

"Bu təşəbbüs bir qrup gənc tərəfindən həyata keçirilib. Elə onu sökənlər də həmin gənclərdir. Səbəb isə onların bütün şəhidləri əhatə edən lövhələr qoymağıdır. Gənclər görüblər ki, bu təşəbbüs insanlar tərəfindən rəğbətlə qarşılanıb, onlar da daha böyük bir şey etməyi düşünüblər. İstəyirlər ki, Binəqədi rayonu ərazisində şəhidlərimizin şəkillərindən ibarət daha böyük və əhatəli lövhə qoysunlar".

Teqlər:
Binəqədi, xatirə lövhəsi, lövhə, şəhidlər

Əsas mövzular