18:39 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
16 0 0

Yas mərasimini təşkil edən Bəydili kənd sakini A.Məmmədov karantin rejiminin tələblərini pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib

BAKI, 11 dekabr — Sputnik. Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Bəydili kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gəlib, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.

Yas mərasimini təşkil edən Bəydili kənd sakini A.Məmmədov karantin rejiminin tələblərini pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.

Teqlər:
Biləsuvar, cərimə, polis, yas mərasimi, qayda pozuntusu, karantin

Əsas mövzular