16:26 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
2710

ƏƏSMN-dən bildirilib ki, yaxın zamanda daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb

BAKI, 9 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, iş yerinə və əlilliyə dair, müavinət, pensiya, təqaüdlə, sosial yardımla, mənzillə, avtomobillə təmin edilmə, fərdi şəxsi hesab  və s. barədə arayışlar əldə etmək indi daha asan, rahat və əlçatandır. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir.

Arayışları əldə etmək üçün e-sosial.az portalına daxil olub qeydiyyatdan keçmək lazımdır. Bundan sonra aşağıdakı növlərdə arayışları e-qaydada əldə etmək mümkündür:

- İş yerinə dair arayış

- Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilən müayinə haqqında arayış

- Əlillik haqqında arayış

- Pensiya haqqında arayış

- Müavinət və təqaüd haqqında arayış

- Maddi yardım haqqında arayış

- Sosial avtomobil haqqında arayış

- Birdəfəlik ödəmə haqqında arayış

- Mənzillə təminat haqqında arayış

- Ünvanlı sosial yardım haqqında arayış

- Ünvanlı sosial yardım ödənişləri haqqında arayış

- Fərdi şəxsi hesab haqqında arayış

- Məşğulluq haqqında arayış

- Torpaq pay mülkiyyətçisi haqqında arayış

- Sosial sığorta şəhadətnaməsi nömrəsi haqqında arayış

Yaxın zamanda daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.

E-arayış xidmətlərindən istifadə proseduru ilə bağlı ətraflı məlumat almaq üçün Nazirlik tərəfindən hazırlanan videoçarxı təqdim edirik:

 

Teqlər:
vətəndaşlar, elektron xidmət, ƏƏSMN, Elektron arayışlar

Əsas mövzular