16:15 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
61 0 0

Koronavirus xəstələri ilə yaxın təmasda olan insanlarda hər hansı bir simptom müşahidə olunmasa, 10-cu günün sonunda karantin müddəti bitmiş hesab olunur.

BAKI, 7 dekabr — Sputnik. Yeni tip koronavirus (COVİD-19) diaqnozu qoyulmuş xəstələrlə yaxın təmasda olan şəxslərin 14 günlük karantin müddəti 10 günə qədər azaldılıb. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadla yaydığı məlumata görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib. Nazirlikdən bu qərarın Avropa Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzi (ECDC) tərəfindən aparılan elmi araşdırmaların nəticəsi əsasında verildiyi bildirilib.

"Türkiyə ECDC-nin fəaliyyətini yaxından izləyir və koronavirus xəstəliyi ilə bağlı tətbiq olunan bütün qaydaları qurumun qəbul etdiyi qərarlar əsasında yeniləyir. Bu çərçivədə "COVID-19 bələdçisi – yaxın təmasların təqibi, yoluxmaların idarə olunması və evdə müalicə olunan xəstələrin monitorinq qaydaları"nda bəzi dəyişikliklər edilib", - deyə məlumatda bildirilir.

Həmin qaydalara əsasən, bundan sonra koronavirus xəstələri ilə yaxın təmasda olan şəxslər 14 gün deyil, 10 gün karantində qalacaq. Hər hansı bir simptom müşahidə olunmasa, 10-cu günün sonunda karantin müddəti bitmiş hesab olunur.

Xəstələrlə yaxın təmasda olan, testi neqativ çıxmış və müşahidə boyunca heç bir simptom göstərməyən insanlar isə 7-ci günün sonunda belə karantindən çıxarıla bilər. Həmin şəxslərin karantinə alındıqları tarixdən sonrakı 8-ci gün işə çıxmalarına icazə verilir.

Teqlər:
Karantin rejimi, karantin, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular