CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdaşda karantin qaydalarını pozan obyektlər aşkar edilib

© Sputnik / Murad OrujovЛюди в чайхане, фото из архива
Люди в чайхане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi karantin qaydalarına zidd olaraq həftəsonu fəaliyyət göstərən daha bir obyekt isə rayonun Qoşaqovaq kəndində aşkar edilib. Çayxananı işlədən İlham Vəliyev barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

BAKI, 7 dekabr — Sputnik. Ağdaşda şəhər ərazisində yerləşən çay evinin ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin qaydalarına zidd olaraq bazar günü fəaliyyət göstərdiyi aşkar edilib.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı karantin qaydalarını pozan icarədar Əlihüseyn Rzayev Polis Şöbəsinə dəvət edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Xəbər lenti
0